BMT baş katibi: “Suriya hakimiyyəti sülh planına əməl etmir”

BMT baş katibi: “Suriya hakimiyyəti sülh planına əməl etmir”
# 27 aprel 2012 07:36 (UTC +04:00)
Bakı – APA. BMT baş katibi Pan Gi Mun Suriya hakimiyyətinin ölkədəki böhranın həllinə dair sülh planına əməl etmədiyini bildirib. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, baş katib bəyanatında Suriyada şəhərlərin artilleriya atəşinə tutulması və şəhərlərdə ağır hərbi texnikanın qalmağa davam etməsi barədə BMT müşahidəçilərindən daxil olan məlumatlardan ciddi narahatlıq duyduğunu bəyan edib. O, belə bir vəziyyətin qəbuledilməzliyinə diqqət çəkərək bunun Suriya hökumətinin götürdüyü öhdəliklərə zidd olduğunu vurğulayıb və prezident Bəşər Əsəddən təcili tədbirlər görməsini tələb edib.

Xatırladaq ki, BMT-nin xüsusi elçisi Kofi Annan tərəfindən irəli sürülən planda hərbi texnikanın şəhərlərdən çıxarılması və hər iki tərəfin zorakılığa son qoyması əksini tapmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR