Tehran əhalisinin 40%-i İranda keçirilən parlament seçkilərində iştirak edib

Tehran əhalisinin 40%-i İranda keçirilən parlament seçkilərində iştirak edib
# 04 may 2012 23:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda mayın 4-də keçirilən IX çağırış parlament seçkilərinin ikinci turunda Tehran əhalisinin 40%-i iştirak edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, birinci turda 1 milyon 900 min, ikinci turda isə 700 min tehranlı səsverməyə qatılıb. VIII çağırış parlament seçkiləri ilə müqayisədə Tehranda səs verən seçicilərin sayında 10% artım olub.
Qeyd edək ki, İranda dünən keçirilən parlament seçkiləri yerli vaxtla saat 21:00-da sona çatıb. Artıq səslərin sayılmasına başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR