İsmayıllıda 3 otaqlı ev yanıb
![İsmayıllıda 3 otaqlı ev yanıb](https://apa.az/storage/news/2012/november/06/big/blank.jpg)
İsmayıllı. Elvin Yaqubov-APA. İsmayıllı rayonunun Basqal kəndində fərdi yaşayış evi yanıb. Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə kənd sakini 1968-ci il təvəllüdlü Feyzullayev Taleh Zeynəddin oğluna məxsus ümumi sahəsi 64 kvadratmetr olan üçotaqlı evdə baş verib. Mənzildə heç kim olmadığından qonşular hadisə barədə yanğından mühafizə hissəsinə gec məlumat veriblər. Ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Rayon mərkəzindən 32 kilometr aralıda baş verən hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib, alovun yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğına elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Hadisə
![FHN əməkdaşları istirahət mərkəzində dərəyə yıxılan 14 yaşlı yeniyetməni xilas edib - <span class="red_color">FOTO - <span class="red_color">VİDEO](https://apa.az/storage/news/2024/june/16/big/666f0c06772c4666f0c06772c51718553606666f0c06772c2666f0c06772c3.jpg)
FHN əməkdaşları istirahət mərkəzində dərəyə yıxılan 14 yaşlı yeniyetməni xilas edib - FOTO - VİDEO
![Tovuzda azyaşlını elektrik cərəyanı vurub](https://apa.az/storage/news/2024/june/16/big/666eff48a6385666eff48a63861718550344666eff48a6382666eff48a6384.jpg)
Tovuzda azyaşlını elektrik cərəyanı vurub
![Suraxanıda yaşayış binasında yanğın olub, 3 nəfər təxliyə edilib](https://apa.az/storage/news/2024/june/16/big/666ecf7fc112f666ecf7fc11301718538111666ecf7fc112d666ecf7fc112e.jpg)
Suraxanıda yaşayış binasında yanğın olub, 3 nəfər təxliyə edilib
![Biləsuvarda 45 yaşlı kişi traktorun qoşqusundan yıxılaraq xəsarət alıb](https://apa.az/storage/news/2024/june/16/big/666ea77f9da03666ea77f9da041718527871666ea77f9da01666ea77f9da02.jpg)