Abşeronda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Abşeronda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb
# 14 aprel 2012 07:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib.

Hadisə ötən gecə Novxanı-Binəqədi yolunda qeydə alınıb. “Mercedes” markalı maşınla “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində “VAZ-2107”nin sürücüsü, 55 yaşlı Bəylər Xanlarov dünyasını dəyişib. Hadisə zamanı iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR