Qəbələ RLS-i əvəz edəcək yeni stansiya gələn il fəaliyyətə başlayacaq

Qəbələ RLS-i əvəz edəcək yeni stansiya gələn il fəaliyyətə başlayacaq
# 04 sentyabr 2012 10:10 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Armavirdə qurulmuş “Voronej” tipli yeni Radiolokasiya Stansiyası 2013-cü ilin ilk kvartalında fəaliyyətə başlayacaq. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı, general-polkovnik Oleq Ostapenko məlumat verib. Agentlik xəbərində bildirib ki, Rusiya Müdafiə Nazirliyinin planına əsasən Armavirdəki RLS Qəbələ RLS-in cavabdeh olduğu zonanı da əhatə edəcək. Yeni RLS öz parametrləri etibarilə Qəbələ RLS-i üstələyir və müvafiq vəzifələri daha yüksək səviyyədə yerinə yetirəcək.

Xatırladaq ki, Qəbələ RLS-in icarə müqaviləsinin uzadılması ilə bağlı Rusiya ilə Azərbaycan arasında gedən danışıqlar hələ yekunlaşmayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR