Azərbaycanın Sumqayıt şəhərində insan itkisi ilə nəticələnən partlayışın ilkin səbəbi məlum olub

Azərbaycanın Sumqayıt şəhərində insan itkisi ilə nəticələnən partlayışın ilkin səbəbi məlum olub
# 17 sentyabr 2012 16:00 (UTC +04:00)
Bu barədə APA-nın hadisə yerində olan müxbirinə şahidlər məlumat veriblər. Onların sözlərinə görə, qaynaq işləri zamanı qəfildən yanğına keçən partlayış baş verib. Hadisə nəticəsində ərazidə işləyən fəhlələr arasında ölənlər və xəsarət alanlar var.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib. Yanğınla bağlı 4-cü dərəcəli ən yüksək yanğın çağırışı verilib. Yanğının lokallaşdırılması üçün havaya helikopter qaldırılması gözlənilir. Hazırda yanğının digər çənlərə keçməməsi məqsədilə çənlərin soyudulması prosesi aparılır.

Əraziyə Sumqayıt və Bakıdan yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən zavodlardan birində partlayış qeydə alınıb. Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR