“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilib

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilib
# 30 avqust 2012 17:33 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklərin edilməsi barədə fərman imzalayıb.
APA-nın verdiyi xəbərə görə, fərmanda deyilir ki, Əsasnaməyə 11.7-ci və 11.8-ci bəndlər əlavə edilsin:
“11.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri üzrə sığortalı Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə məlumatlar;
11.8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi – daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı şəxslərin ərizələrindəki şəxsiyyət vəsiqələri üzrə məlumatlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR