Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 27 avqust 2012 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,12 dollar və ya 0,1% azalaraq 1 barelə görə 96,15 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, avqustun 24-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,42 dollar və ya 1,2 azalaraq 113,59 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR