İsrailin Qəzza bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində bir nəfər ölüb

İsrailin Qəzza bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində bir nəfər ölüb
# 11 mart 2012 04:42 (UTC +04:00)
Bakı-APA. İsrail hərbi təyyarələri Qəzza bölgəsinə hava zərbəsi endirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Fələstinin tibb işçiləri bildiriblər ki, İsrailin endirdiyi zərbə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Hava zərbəsi Qəzzanın şimalına endirilib.

Hadisənin detalları barədə xəbər verilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR