Balakəndə istixanada narkotik bitki yetişdirilməsinin qarşısı alınıb

Balakəndə istixanada narkotik bitki yetişdirilməsinin qarşısı alınıb
# 27 avqust 2012 06:58 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Balakən rayon sakini həyətyanı sahəsində tikdiyi istixanada narkotik bitki yetişdirib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumatda bildirilir ki, Balakən RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində rayon ərazisində əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Qullar kənd sakini, 1966-cı il təvəllüdlü İbadov Fərman Yusif oğlunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Evin arxa hissəsində quraşdırılmış eni 4 metr, uzunu 5 metr olan istixanaya baxış zamanı orada xüsusi kultivasiya üsulu ilə becərilmiş, hündürlüyü 2 m-dən 2,5 m-ə qədər , 14 ədəd ümumi çəkisi 65 kq olan narkotik bitki hesab edilən çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı Balakən RPŞ-nin təhqiqat qrupunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR