Vidadi İsgəndərlinin kasasiya şikayəti təmin olunmayıb

Vidadi İsgəndərlinin kasasiya şikayəti təmin olunmayıb
# 10 aprel 2012 14:38 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə deputatlığa keçmiş namizəd Vidadi İsgəndərlinin Şəki Apellyasiya Məhkəməsinin yekun qərarından verdiyi kasasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Vəkil Yalçın İmanovun APA-ya verdiyi xəbərə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Göyçay rayon Məhkəməsinin hökmü ilə V. İsgəndərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilib. Lakin şikayət təmin olunmayıb.

İttihama görə, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasından Vidadi İsgəndərli barəsində daxil olmuş məlumat əsasında Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb. Bu il mayın 2-də Vidadi İsgəndərliyə qeyd edilən maddələrlə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR