İsrail mənbələri: İsrail bir neçə həftə içərisində İrana hərbi müdaxilə edəcək

İsrail mənbələri: İsrail bir neçə həftə içərisində İrana hərbi müdaxilə edəcək
# 27 avqust 2012 06:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu İsrailin “Channel 10 News” televiziyasının hərbi müxbiri Alon Ben-David bildirib.

Onun sözlərinə görə, İsrailin İrana hücumu indiyədək heç olmadığı qədər yaxındır: “İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dakı prezident seçkisindən əvvəl hücumda qərarlıdır”.

Bundan əlavə, tanınmış ingilis tarixçi və yazar Maykl Burli də 6 noyabr seçkisindən əvvəl, böyük ehtimalla oktyabrın sonunda İrana hücum ediləcəyi qənaətində olduğunu açıqlayıb. O, İsrailin “Hizbullah”a qarşı da qabaqlayıcı hücumlar edəcəyi fikrindədir: “Ancaq bütün bunlar onsuz da həssas olan bölgəni idarə olunmaz bir savaş bölgəsi halına gətirəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR