FHN-in Bakı Regional Mərkəzində qərargah məşqi keçirilib - FOTO

FHN-in Bakı Regional Mərkəzində qərargah məşqi keçirilib - <font color=red>FOTO</font>
# 17 avqust 2012 12:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində “Fövqəladə hallarda qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmə orqanlarının fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqi keçirilib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, məşqin keçirilməsində əsas məqsəd baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı Mərkəzin əməkdaşlarının qüvvə və vasitələrin idarəetmə imkanlarının artırılması olub. Qərargah məşqi zamanı Bakı şəhəri, Xətai rayonu ərazisində fərz olunan 5 fövqəladə hal modelləşdirilib və bu hallarla mübarizə məsələləri müzakirə edilib.

Qərargah məşqi uğurla həyata keçirilərək əsas məqsədə nail olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR