Dövlət Miqrasiya Xidməti Lənkəranda maarifləndirici tədbir keçirib - FOTO

Dövlət Miqrasiya Xidməti Lənkəranda maarifləndirici tədbir keçirib - <font color=red>FOTO</font>
# 30 may 2012 11:46 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Dövlət Miqrasiya Xidməti (DMX) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə bu gün Lənkəranda ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbir keçirilib. APA-nın cənub bürosunun xəbərinə görə, DMX Aparatının vəzifəli şəxslərinin, Lənkəran şəhər, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad və Biləsuvar rayonlarının icra hakimiyyətləri və yerli özünüidarəetmə orqanları nümayəndələrinin, eləcə də bir sıra müəssisə və təşkilat rəhbərlərinin, əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri işə götürən sahibkarların və KİV əməkdaşlarının iştirakı ilə keçən tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov açıb. Daha sonra DMX-nin Baş idarə rəisi İsmayıl Abdullayev və idarə rəisinin müavini Nazim Salmanov Azərbaycan Respublikasında miqrasiya sahəsində həyata keçirilən kompleks tədbirlər, ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə işəgötürənlər tərəfindən fərdi icazələrin alınması və müddətlərinin uzadılması, onların yaşayış yerləri üzrə qeydiyyata alınması prosedurları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, həmçinin miqrasiya ilə bağlı digər məsələləri tənzimləyən qanunvericilik aktları barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR