Suriyada ölənlərin sayı 7,5 min nəfəri ötüb

Suriyada ölənlərin sayı 7,5 min nəfəri ötüb
# 29 fevral 2012 09:19 (UTC +04:00)
Bakı – APA. Suriyada hökumət qüvvələri ilə hakim rejim əleyhdarları arasında baş verən toqquşmalarda ölənlərin sayı 7,5 min nəfəri ötüb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin siyasi məsələlər üzrə müavini Linn Pasko deyib. O bildirib ki, dəqiq informasiyaya malik olmasalar da, münaqişənin başladığı 2011-ci ilin martından bəri ölənlərin sayı 7,5 mini keçib: “Suriyada hər gün xeyli hissəsi qadın və uşaq olan 100-dən çox dinc sakinin öldüyünə dair inandırıcı məlumatlar var. 25 minə yaxın dinc sakin qonşu ölkələrə qaçıb. Hərbi əməliyyatlar səbəbiylə evlərini tərk edib ölkənin başqa bölgələrinə köçənlərin sayı 100 mindən 200 minə qədərdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR