Mixail Saakaşvili parlamentdə çıxış edərkən “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarını Azərbaycan dilində səsləndirib - VİDEO

Mixail Saakaşvili parlamentdə çıxış edərkən “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarını Azərbaycan dilində səsləndirib - <font color=red>VİDEO</font>
# 07 mart 2012 09:28 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin iclasında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili deyib.

“Biz qələbələrdə və məğlubiyyətlərdə bir olmuşuq - istər xristianlara, istər müsəlmanlara qarşı... İlk dəfə Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə Tiflisdə elan olunub”, - deyə o bildirib.

M. Saakaşvili çıxış edərkən Məhəmməd Əmin Rəsulzadənin məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözlərini Azərbaycan dilində səsləndirib.

Gürcüstan prezidenti çıxışının sonunda da bu şüarı bir daha Azərbaycan dilində təkrarlayıb. Onun bu sözləri MM üzvləri tərəfindən alqışlarla qarşılanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR