İranda bank oğurluğunda təqsirləndirilən 5 nəfər edam ediləcək

İranda bank oğurluğunda təqsirləndirilən 5 nəfər edam ediləcək
# 15 fevral 2012 18:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Böyük bank oğurluğu ilə İran iqtisadiyyatına zərbə vurmaq istəyən şəxslər Yer üzünün cinayətkarı və Allahın düşmənləridir”. APA-nın məlumatına görə, bu barədə İran Ali Məhkəməsinin sədri, ayətullah Sadiq Amoli Laricani deyib. O bildirib ki, bank oğurluğunda təqsirli olan şəxslər həbs edilib və onlardan 5 nəfər edam ediləcək: “Çünki aparılan təhqiqatlar nəticəsində məlum olub ki, bu şəxslər İran iqtisadiyyatına zərbə vurmaq və ölkədə qarşıdurmalar yaratmaq istəyən adamlardır. Prokuror təqsirləndirilən 5 nəfər üçün edam cəzası tələb edib. Fikrimcə, bu, doğru bir cəza tələbidir”.
Qeyd edək ki, İranda oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat”, “Saman”, “Melli İran” banklarından və daha bir neçə bankdan 2 milyard 800 milyon ABŞ dolları mənimsənilib. Oğurluqda təqsirləndirilən 50 nəfər həbs olunub və 2012-ci il fevralın 18-də iş üzrə məhkəmə prosesi başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR