Azərbaycanda saxta sənədlərlə bankdan pul götürülməsi ilə əlaqədar cinayət işi başlanıb

Azərbaycanda saxta sənədlərlə bankdan pul götürülməsi ilə əlaqədar cinayət işi başlanıb
# 07 mart 2012 11:55 (UTC +04:00)
Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, müəyyən edilib ki, Vüqar Qurbanov “Royalbank” ASC-nin Tovuz filialının sabiq müdiri Ədalət Müseyibov ilə cinayət əlaqəsinə girərək E. Xasməmmədovun şəxsiyyət vəsiqəsinin surətinin onlarda olduğundan istifadə etməklə sonuncunun adına saxta kredit müqaviləsi tərtib edərək həmin filialdan 1.500 manat nağd pul şəklində kredit götürüblər.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və onlardan istifadə etmə) maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR