Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir

Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir
# 15 may 2012 19:01 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın paytaxtında MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Sammitdə Belarus, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Ermənistan, Türkmənistan, Tacikistan və Özbəkistan prezidentləri də iştirak edirlər.

Sammitdə MDB dövlətlərinin “EvrAzes” təşkilatına, Azad Ticarət Zonasına qoşulması barədə müzakirələr aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR