Elnur Aslanov: «Konstitusiyaya görə, Azərbaycan ərazisində digər dövlətin hərbi bazası mövcud ola bilməz»

Elnur Aslanov: «Konstitusiyaya görə, Azərbaycan ərazisində digər dövlətin hərbi bazası mövcud ola bilməz»
# 21 iyun 2012 10:29 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

E. Aslanovun sözlərinə görə, Azərbaycan tərəfi Qəbələ RLS ilə bağlı mövqeyini dəfələrlə ortaya qoyub: «İstər müəyyənləşdirilmiş rəqəm, istərsə də təkliflər Azərbaycanın bugünkü siyasi və iqtisadi inkişafını əks etdirir. Eyni zamanda bu rəqəmlər reallıqlara uyğundur. Unutmaq olmaz ki, Azərbaycan bu gün turizm potensialı inkişaf edən məkandır. Eyni zamanda Konstitusiyada Azərbaycan ərazisində digər dövlətin hərbi bazasının mövcud olmasını qadağan edən maddə var. Buna uyğun olaraq Azərbaycan və Rusiya tərəfi arasında danışıqlar davam edir».

RLS-in icarə qiymətlərinin artırılması ilə bağlı yayılan məlumatlara gəlincə, E. Aslanov bununla bağlı danışıqların getdiyini vurğulayıb: «Azərbaycan tərəfi həmişə danışıqların bağlı qapılar arxasında keçirilməsi təklifi ilə çıxış edib».

PA rəsmisi Rusiyanın RLS-dən imtina etməsi və bu stansiyadan digər ölkə ilə birgə istifadə məsələsinin isə müzakirə olunmadığını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR