Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası təhsil işçilərinin əmək haqlarının artırılmasını istəyir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası təhsil işçilərinin əmək haqlarının artırılmasını istəyir
# 30 may 2012 10:03 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.

S. Mehbalıyev bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Təhsil Nazirliyi ilə də bu istiqamətdə müzakirələr aparılıb.

AHİK sədri onu da qeyd edib ki, əmək haqlarının qaldırılması ölkə prezidentinin fərman və sərəncamları ilə həyata keçirilir: “Son 6 ildə təhsil sisteminə dövlət büdcəsindən xeyli miqdarda vəsait ayrılıb. Buraya maddi-texniki bazanın inkişaf etdirilməsi ilə yanaşı, təhsil işçilərinin məvaciblərinin qaldırılması da daxildir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR