Qəbələdə ilk dəfə böyrək transplantasiyası əməliyyatı keçirilib

Qəbələdə ilk dəfə böyrək transplantasiyası əməliyyatı keçirilib
# 28 may 2012 16:14 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ Müalicə Diaqnostika Mərkəzində ilk dəfə böyrək transplantasiyası həyata keçirilib. APA-nın məlumatına görə, mayın 28-də həyata keçirilən xeyriyyə aksiyasında Xaçmaz rayon sakini, 48 yaşlı donor Tahir Əlizamanovun böyrəyi xroniki böyrək çatışmazlığından əziyyət çəkən həyat yoldaşı, 43 yaşlı Nəsibə Əlizamanovaya köçürülüb. Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazıminin rəhbərlik etdiyi yüksək ixtisaslı həkim briqadası tərəfindən aparılan və ümumilikdə 10 saat 30 dəqiqə davam edən hər iki əməliyyat uğurla başa çatıb. Diaqnostika mərkəzində digər böyrək köçürmə əməliyyatı isə mayın 29-da keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR