Azərbaycanda rəsmi nikaha girənlər arasında boşananların sayı iki dəfə artıb
21 fevral 2012 14:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda son 7 ildə rəsmi nikaha girənlər arasında boşananların sayı 2 dəfə artaraq 10%-ə çatıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, nikahsız ailələrin yaranmasında bir sıra məsələlər rol oynayır: “Bu gün etiraf etməliyik ki, Azərbaycanda vətəndaş nikahları da mövcuddur. Nikahda olan bəzi kişilərin başqa qadınlardan uşaqları var. Bu faktlar mövcuddur. Avropada demək olar ki, boşanma yoxdur. Bunun səbəbi rəsmi nikahın olmamasıdır. Lakin Rusiyada boşanma çoxdur. Çünki rəsmi nikaha girənlərin 50%-i boşanır. Burada paradoks görürsünüz. Bütün bunlara təsir edən amillər var. Baxın televizora. Bir hind filmi verirlər. Eybəcər bir filmdir. Hamı da oturub ona baxır. Deyir ki, get başqa biri ilə bir yerdə ol, uşağın olsun. Aləmi vurub bir-birinə. Baş aça bilmirəm. Belə şeylər ola bilərmi? Bütün bunlar insanlara təsir göstərir”.
H. Rəcəbli Ailə Məcəlləsinə təklif olunan son dəyişikliklər barədə də danışıb. Komitə sədrinin fikrincə, nikah müqaviləsi bağlanarkən tibbi arayışın tələb olunması sonradan meydana çıxacaq problemlərdən sığortalanmağa kömək edəcək: “Tibbi arayışın alınması mədəniyyətdir. Qızı verirəmsə, bilməliyəm kimə verirəm. Baxırsan gül kimi, yaxşı ailənin uşağıdır, sonra narkoman çıxır. Varlı, imkanlı adamın uşağıdır, nevroz çıxır. Buna son qoyulacaq”.
Komitə sədri dini nikahla bağlı son vaxtlar bəzi addımlar atıldığını da qeyd edib. Onun sözlərinə görə, Dini Şuranın fətvası var və VVAQ şöbəsinin sənədi olmadan kəbin kəsmək qadağan olunub: “Hansı molla bunu edirsə, oğurluq etmiş kimi bir əmələ yol verir. O molla julikin, moşennikin biridir”.

Sosial
Mayın 25-də Bakıda ümumşəhər iməciliyi keçiriləcək
10:12
23 may 2024
AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir
09:50
23 may 2024
Bakıda sıxlıq olan yollar - SİYAHI
08:24
23 may 2024
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024