Azərbaycan Yazıçılar Birliyinin ev siyahısında olanların adı açıqlanıb - SİYAHI

Azərbaycan Yazıçılar Birliyinin ev siyahısında olanların adı açıqlanıb - <font color=red>SİYAHI</font>
# 27 aprel 2012 11:58 (UTC +04:00)
APA-nın məlumatına görə, AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu “kulis.az”a bildirib ki, birliyin mənzil komissiyasının sədri, üzvləri, mənzil növbəsinə dayanan yazıçı və şairlərin iştirakı ilə bu gün iclas keçirilib, bəyanat qəbul olunub.

İclasda qərara alınıb ki, 9 mənzil 36 nəfərə verilsin. Dörd şəxsə bir mənzil verəcək və mənzillər satılaraq pulu dörd şəxs arasında bərabər bölünəcək.

Bəyanatda deyilir ki, AYB rəhbərliyinin “Abidə” Tikinti-Mənzil Kooperativi ilə bağladığı müqaviləyə əsasən ayrılacaq 9 mənzilin qruplar üzrə bölünməsi məqsədəuyğun hesab edilir və birliyin mənzil komissiyasının qərarı dəstəklənir.

Bəyanat müəllifləri növbədə olan bəzi şəxslərin bu məsələ ilə bağlı narazılıq yaratmasını haqsızlıq hesab edərək, bölgünü ədalətli sayıblar.

Mətbuat katibi iclasda qəbul edilmiş bəyanata imza atan şəxslərin siyahısını da təqdim edib. Bu siyahı həm də mənzil alacaq şəxslərin siyahısıdır:

1. Firuzə Məmmədova (AYB Həmkarlar təşkilatının rəhbəri)
2. Arifə Əliyeva (AYB Kadr şöbəsinin müdiri)
3. Sevinc Hüseynzadə (AYB-də operator)
4. Arzu Babışova (AYB-də operator)
5. Tovuz Teymurova (AYB-də məsləhətçi)
6. Gülşən Bağırova (AYB-nin baş mühasibi)
7. Qəmər Bəşirova (AYB-nin mühasibi)
8. Natəvan Atamoğlanova
9. Eyvaz Ayxan
10. Hamlet Qocayev
11. Yalçın Qoca (Xalq şairi Fikrət Qocanın oğlu, şair )
12. Sara Rəsulova
13. Akif Hüseynov (Nizami adına Ədəbiyyat İnstitutunun “Müasir ədəbi proses“ şöbəsinin müdiri)
14. Ədalət Əsgəroğlu (AYB-nin mətbuad katibi)
15. Arzu Hüseynov
16. Salam Sarvan
17. Adil İslamov
18. Nüşabə Məmmədli
19. İnqilab Rəvan
20. Sədi Fətəlizadə
21. Aydın Xan
22. Kəramət
23. Nizami Əliyev
24. Orxan Fikrətoğlu
25. Xanəmir
26. Şaiq Vəli
27. Suliddin Qasımlı
28. Qəşəm Nəcəfzadə
29. Gülxarə Pənah
30. Dəyanət Osmanlı
31. Əsəd Cahangir
32. İlham Qəhrəman
33. Əkbər Qoşalı

Ə. Əsgəroğlu onu da deyib ki, ev növbəsində ümumilikdə 50-yə yaxın adam var, onlar arasında araşdırma aparıldıqdan sonra üç nəfər də mənzil alanların siyahısına əlavə ediləcək, beləliklə 36 nəfər bu imkandan faydalanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR