Hüquq müdafiəçiləri MTN-in istintaq təcridxanasında monitorinq keçiriblər

Hüquq müdafiəçiləri MTN-in istintaq təcridxanasında monitorinq keçiriblər
# 22 fevral 2012 13:28 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və hüquq müdafiəçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər. E. Behbudovun APA-ya verdiyi xəbərə görə, istintaq təcridxanasında istilik sistemi normal şəkildədir: “Orada saxlanılan Malik Rəhimov, İlqar Alışov və Nərgiz Hacıyeva ilə görüşdüm. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Həmin şəxslər narkotik vasitələrin Azərbaycan ərazisinə qanunsuz yolla gətirilməsi və qaçaqmalçılıqda təqsirləndirilirlər”.

Komitə sədri istintaq təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə də maraqlandıqlarını bildirib: “Mənə bildirilər ki, vəziyyəti normaldır. Təlimata uyğun olaraq, ailə üzvləri ilə görüşür və telefon vasitəsi ilə əlaqə saxlayır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR