Neftçilər Xəstəxanasında qaraciyər serrozu və xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə üzərində 2 orqanın transplantasiyası əməliyyatı keçirilib - FOTO

Neftçilər Xəstəxanasında qaraciyər serrozu və xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə üzərində 2 orqanın transplantasiyası əməliyyatı keçirilib - <font color=red>FOTO</font>
# 10 aprel 2012 10:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyinin nəzdində olan Neftçilər Xəstəxanasında qaraciyər serrozu və xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə üzərində həyata keçirilən 2 orqanın transplantasiyası əməliyyatı ilə bağlı tədbir təşkil olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin cərrahiyyə ixtisası üzrə baş mütəxəssisi Hacıqulu Bağırov bildirib ki, Azərbaycanda ilk böyrək transplantasiyası 1971-ci ildə gerçəkləşib, qaraciyər transplantasiyası əməliyyatlarına isə 2008-ci ildən başlanılıb. O deyib ki, bu günədək Mərkəzi Neftçilər Xəstəxanasında canlı donordan 20 qaraciyər və 18 böyrək transplantasiyası əməliyyatları icra olunub.

Xəstəxananın Cərrahiyə və orqan transplantologiyası şöbəsinin müdiri Mircavad Kazımı Azərbaycanda ilk dəfə olaraq bir xəstəyə iki orqanın - qaraciyər və böyrəyin köçürülməsi əməliyyatının həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, bu əməliyyat MDB məkanında da yenilikdir və dünyada da nadir təsadüf olunan əməliyyatdır. M. Kazimi üzərində əməliyyat aparılan 40 yaşlı Mehman Eyyubovun vəziyyətinin qənaətbəxş olduğunu deyib.

Xəstəxananın Endoskopik cərrahiyyə şöbəsinin müdiri Eldar Əhmədov isə əməliyyat üçün lazım olan orqanların iki canlı donordan götürüldüyünü açıqlayıb: “Qaraciyər donorundan qaraciyərin 55-60 faizə qədər sağ payı götürülüb. Böyrək donorundan isə sol böyrək alınıb. Hər iki donorun vəziyyəti qənaətbəxşdir. Onlardan biri artıq evə göndərilib, digəri isə bu gün evə buraxılacaq. Donorlar xəstənin yaxın qohumlarıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR