AMEA-nın bəzi qurumları üçün yeni binalar tikiləcək

AMEA-nın bəzi qurumları üçün yeni binalar tikiləcək
# 24 oktyabr 2012 08:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bəzi qurumları üçün yeni binalar tikiləcək. Bu barədə APA-ya AMEA prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, Akademiyanın Elmi Kitabxanası üçün tikilən binanın artıq dörd mərtəbəsi tikilib. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi üçün isə yeni binanın inşasına başlanılıb. Həmin bina da Akademiya şəhərciyində yerləşəcək.

M. Kərimov deyib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi üçün də yeni binanın tikilməsi gündəmdədir: “Ölkə prezidentinin sərəncamı əsasında Akademiyada “Xəzər mərkəzi” yaradılmalıdır. “Xəzər mərkəzi” üçün də ayrıca bina tikiləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR