Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri: “Macar xalqı azərbaycanlıları yaxşı anlayır”
![Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri: “Macar xalqı azərbaycanlıları yaxşı anlayır”](https://apa.az/storage/news/2012/june/06/big/blank.jpg)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin sədri Oqtay Əsədov Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərini qəbul edib. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Əsədov bildirib ki, dinamik inkişafına görə Azərbaycan bu gün Cənubi Qafqazın lider ölkəsidir: “Ancaq regiondakı Dağlıq Qarabağ münaqişəsi bölgənin tərəqqisinə, o cümlədən avroatlantik strukturlara inteqrasiya proseslərinə maneçilik törədir. Biz inanırıq ki, beynəlxalq birliyin, o cümlədən Macarıstanın dəstəyi ilə münaqişə tezliklə beynəlxalq hüquq normaları çərçivəsində öz ədalətli həllini tapacaq”.
Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Marton Cöncösi isə deyib ki, Azərbaycan Cənubi Qafqazda Macarıstanın strateji tərəfdaşıdır və onun ölkəsi ikitərəfli münasibətləri daha da dərinləşdirmək niyyətindədir. Dağlıq Qarabağ münaqişəsindən söz açan qonaq problemlə əlaqədar Azərbaycanın üzləşdiyi çətinlikləri yaxşı başa düşdüyünü söyləyib: “Ötən əsrin əvvəlində Macarıstan da oxşar problemlərlə üzləşib. Bu baxımdan macar xalqı azərbaycanlıları yaxşı anlayır, problemin tezliklə aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır”.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Macarıstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həmçinin Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşüblər.

Xarici siyasət
![ABŞ və Rusiya müdafiə nazirlərinin telefon danışığı olub](https://apa.az/storage/news/2024/june/25/big/667b195ef3152667b195ef31531719343454667b195ef3150667b195ef3151.jpg)
ABŞ və Rusiya müdafiə nazirlərinin telefon danışığı olub
![Azərbaycan və Rusiya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib](https://apa.az/storage/news/2024/june/25/big/667ae4152252e667ae4152252f1719329813667ae4152252c667ae4152252d.jpeg)
Azərbaycan və Rusiya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
![Ceyhun Bayramov: Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar danışıqlar prosesinə əsas maneədir](https://apa.az/storage/news/2024/june/25/big/667ae28f648e9667ae28f648ea1719329423667ae28f648e7667ae28f648e8.jpeg)
Ceyhun Bayramov: Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar danışıqlar prosesinə əsas maneədir
![Azərbaycan XİN başçısı İqor Xovayevi qəbul edib](https://apa.az/storage/news/2024/june/25/big/667ae0c6aa8c3667ae0c6aa8c41719328966667ae0c6aa8c0667ae0c6aa8c2.jpeg)