Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycana gəlir

Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycana gəlir
# 15 avqust 2012 11:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə D. Roqozin avqustun 15-də öz “Twitter” səhifəsində məlumat verib.

O, Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini bildirib. “İndi Bakıya, prezident İlham Əliyevlə görüşə uçuram”, - deyə səhifəsində qeyd edən D. Roqozin səfər zamanı hansı məsələləri müzakirə edəcəyini açıqlamayıb.

Qeyd edək ki, D. Roqozin Rusiya hökumətində hərbi-sənaye sahəsinə nəzarət edir. Məhz bu amilə görə onun Bakıda Qəbələ RLS-in icarə müddəti ilə bağlı məsələləri də müzakirə edəcəyi ehtimal olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR