Rob Sobhani: “İran Amerikanın müttəfiqi olan Azərbaycanı hədəfə alır” - FOTOSESSİYA

Rob Sobhani: “İran Amerikanın müttəfiqi olan Azərbaycanı hədəfə alır” -<font color=red> FOTOSESSİYA</font>
# 19 iyul 2012 14:09 (UTC +04:00)
APA-nın “The Hill” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə “Xəzər Holdinqlər Qrupu” (“Caspian Group Holdings”) MMC-nin sədri, ABŞ-ın xarici siyasət üzrə eksperti Rob Sobhani özünün “İran Amerikanın müttəfiqi olan Azərbaycanı hədəfə alır” məqaləsində yazıb.

Yazıda bildirilir: “Azərbaycanın paytaxtı Bakı şəhərində bir həftə keçirdikdən sonra İran rejiminin öz şimal sərhədində yerləşən bu keçmiş sovet respublikasını məhv etmək istəməsi çox aydın oldu. Tehran Azərbaycanda stabilliyi pozmaq üçün bütün imkanlardan istifadə edir.
Mənim Bakı səfərimin səbəbi o idi ki, Azərbaycanda “American İdol” adlı müsabiqəyə bərabər olan “Eurovision” mahnı müsabiqəsi keçirilirdi.
Müsəlman millətinin bütün Avropadan gələn müğənniləri, rəqqasları, turistləri onların geyimindən və cinsi oriyentasiyasından asılı olmayaraq sevinclə qarşılaması İranın qeyri-tolerant olan mollaları üçün bir lənətdir. Bu xarici ittihamdan başqa, İranın Amerikanın tərəfdaşı olan bu ölkəni hədəfə almaq üçün çox köklü səbəbləri vardır. Birincisi, Azərbaycan prezidenti İlham Əliyev Tehranın onun ölkəsinin Amerika və İsraillə münasibətləri qırmaq tələblərinə riayət etməkdən imtina etdi. Əliyevin Qərbə yönələn xarici siyasəti Azərbaycanın müstəqilliyində böyük inama əsaslanıb. O, həmçinin Azərbaycanın çoxmədəniyyətli ölkə olmasının möhkəm müdafiəçisidir. Əliyev Azərbaycanın İslam irsinə hörmət etdiyi halda, İranın ali lideri ayətulla Xameneinin ideologiyanin milli maraqlardan üstün olmalıdır fikirləri ilə razılaşmır. İkincisi, Azərbaycanın İsraillə səmimi və dərin münasibətləri var və bu, İrandakı rejimi qıcıqlandırır. Azərbaycanın yəhudi ölkəsi ilə əlaqələri əsasən aqrobiznes, telekommunikasiya və hərbi əməkdaşlıq sahələrinə köklənir. Azərbaycan hökuməti səxavətlə Bakıda Aşkenazi yəhudiləri icmasının əsas sinaqoqunu tikir. İranın xüsusi xidmət orqanları 2011-ci ildə İsrailin Azərbaycandakı səfirini sui-qəsd üçün hədəfə almışdılar. Üçüncüsü, və bəlkə də ən vacibi, Azərbaycanın dünyəvi ölkə olması, dini tolerantlığı, iqtisadi inkişafı və Qərbə yönələn xarici siyasəti hal-hazırda İranda tələdə saxlanılan sülhsevər insanlar üçün yeni nümunədir. Uğurla müasirləşən müsəlman ölkəsi İranın teokratiyasına təhlükədir. İranın son üç dekada ərzində azalan neft istehsalını artırmaq üçün vahid hasilatın pay bölgüsü haqqında saziş imzalamamasına baxmayaraq, Azərbaycan 60 milyard dollar məbləğində 20 HPBS imzalayıb. Təəccüblü deyil ki, Azərbaycan beynəlxalq bazarlara gündə 1 milyon bareldən çox xam neft ixrac etməklə öz neft istehsalını artırır. Azərbaycan həmçinin Avropaya əsas qaz ixracatçısıdır, halbuki dünyanın ikinci təbii qaz ehtiyatları mərkəzi olan İran, beynəlxalq bazarlarda az rola malik bir oyunçudur. Bu gün ABŞ və Avropanın əsas enerji şirkətləri Azərbaycan qazı üzrə müqavilələr imzalamaq üçün Bakıya axışır. Bu, Bakının iqtisadi inkişafın Qərblə sağlam münasibətlərə bağlı olmalı olduğunu anlayan uğurlu müstəqil xarici siyasətinə sübutdur. Azərbaycanın 20 illik müstəqilliyi dövründə iqtisadi islahatlarla bağlı rekordu İranın rekordundan əhəmiyyətli dərəcədə yaxşıdır. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzaya görə, “iqtisadi islahatçılar ehtiyatlı maliyyə və valyuta siyasətinə riayət edərək Norveç kimi yaxşı idarə edilən suveren rifah fondunu yaratmışdır. Azərbaycan cəmiyyətində yayılan korrupsiyaya baxmayaraq, hökumət islahatçıları ölkənin enerji gəlirlərinin çoxunu yoxsulluqla mübarizə proqramına sərf edib. Bu isə 2003-cü ildən 2009-cu ilə qədər yoxsulluq faizini 49%-dən 9,1%-ə qədər (Dünya Bankına görə 16%) azaltmağa yardım etdi”.

Doğrudan da, Azərbaycanın Neft Fondu dünyanın ən şəffaf fondu sayılır və ehtiyatlarında 32 milyard dollardan çox vəsait var. Bu isə İranın qeyri-şəffaf neft satışı üsuluna və neft gəlirlərindən öz çirkin məqsədləri üçün istifadə edən inqilab mühafizəçiləri və ali liderin cəlb olunmasına kəskin dərəcədə ziddir. Təəccüblü deyil ki, son üç dekada ərzində İranın iqtisadiyyatı korrupsiyanın həcmi, yanlış idarəetmə və ideologiyalaşdırılmış sistemin çəkisi altında yubanır. Azərbaycan isə əksinə, öz müstəqilliyindən bəri çiçəklənir. Onun Ümumi Milli Məhsulu son 10 ilik ərzində orta hesabla 20 faiz artıb. Borcun Ümumi Daxili məhsula nisbəti cəmi 8 faizdir. İnflyasiya nəzarət altındadır və Azərbaycan manatı ABŞ dolları ilə müqayisədə öz dəyərini saxlayıb. Bu isə, qərbyönümlü Şah Məhəmməd Rza Pəhləvinin devrilməsindən bəri öz dəyərini 90% itirən İran rialından kəskin şəkildə fərqlidir. Azərbaycan Amerikanın terrorla mübarizədə davamlı müttəfiqidir və öz qoşunlarını İraq və Əfqanıstana göndərib. Bu isə İrandan fərqlənir, çünki İraq və Əfqanıstanda ABŞ hərbçilərini İranın “Əl-Qüds” qüvvələri qətlə yetirib. Baxmayaraq ki, Azərbaycan ABŞ-ın Əfqanıstana yükdaşımalarında bir koridordur, İran Əl-Qaidə və Hamas kimi Süni qruplara kömək edərək, ABŞ-ın səylərinə ziyan vurur. Keçən ay, Xanım Klinton son iki il ərzində Azərbaycana öz ikinci səfərini həyat keçirib. O, Azərbaycana öz dəstəyini bildirib və bütün sahələrində dərin tərəfdaşlıq təklif edib.

Amma onun ən vacibini deməyib; ABŞ Azərbaycanın təhlükəli
ideologiyaların və qeyri-tolerant dəyərlərin hədəfinə çevrilməsinə imkan verəcək mi? Konqres administrasiyadan daha ciddi bəyanatla çıxış etmək və bizim müttəfiqlərə necə kömək etmək niyyətimizi bildirməyini tələb etməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR