Azərbaycanda ilk dəfə olaraq 800 metrlik relslərin hazırlanmasına başlanıb - FOTO

Azərbaycanda ilk dəfə olaraq 800 metrlik relslərin hazırlanmasına başlanıb - <font color=red>FOTO</font>
# 22 fevral 2012 08:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərbaycan Dəmir Yolları» QSC Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmiri işlərində yenilik tətbiq edib. «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, fevralın 22-dən etibarən ölkədə ilk dəfə olaraq 800 metrlik uzunölçülü dəmiryol relslərinin hazırlanmasına başlanıb.

Qeyd edək ki, bu günədək həm ölkə dəmir yolunda, həm də Bakı-Tbilisi-Qars bağlantısının Gürcüstan hissəsinin tikintisində yolların çəkilişi zamanı 400 metrlik relslərdən (piletlərdən) istifadə olunub. Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə start veriləndən sonra isə QSC-nin sədr müavini Qurban Nəzirovun təşəbbüsü ilə 800 metrlik uzunölçülü piletlərin daşınmasını həyata keçirən xüsusi təyinatlı qatar hazırlanıb.

«Relslər 24 saylı Salyan Rels Qaynaqlama Qatarında 800 metr uzunluğunda qaynaq edilir, xüsusi təyinatlı qatara yüklənərək lazım olan sahəyə daşınır. İndi qatar hər dəfə, əvvəlki kimi 2 400 metr deyil, 4 800 metr rels daşıyacaq», - deyə məlumatda bildirilir.

800 metrlik uzunölçülü piletləri daşıyan ilk qatar Dəllər-Zəyəm mənzilinin 136-148-ci kilometrinə göndəriləcək. Sonra isə qrafik üzrə əsaslı təmir olunmuş bütün kilometrlər uzunölçülü relslərlə əvəzlənəcək. Qeyd edək ki, Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunur. Bu günə kimi 55,5 km yol əsaslı təmir olunub. Təmir olunmuş hissənin 17,7 kilometrində uzunölçülü piletlərdən istifadə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR