Neapol, Venesiya və Florensiya kitabxanalarında Azərbaycana aid əlyazmalar araşdırılacaq

Neapol, Venesiya və Florensiya kitabxanalarında Azərbaycana aid əlyazmalar araşdırılacaq
# 30 oktyabr 2012 11:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu İtaliyanın Neapol, Venesiya və Florensiya kitabxanalarında Azərbaycana aid əlyazmaları araşdıracaq.

Bu barədə APA-ya institutun Tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli məlumat verib.

Onun sözlərinə görə, İtaliya kitabxanalarında Azərbaycana dair saysız-hesabsız sayda qədim əlyazmalar var. Bu ilin noyabr ayının sonlarında Neapol şəhərində Neapol Universitetinin təşkilatçılığı ilə Şərq əlyazmalarına dair beynəlxalq konfrans keçiriləcək. Orada Azərbaycan əlyazmalarının öyrənilməsi, kataloqlarının tərtib olunması və xaricdə nəşr edilməsi məsələləri də müzakirə olunacaq: “Konfransda Azərbaycan və İtaliya alimləri arasında Azərbaycan əlyazmalarının tapılması və ölkəyə gətirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək. Sonrakı mərhələdə Azərbaycan və İtaliya arasında əlyazmaların tapılması və öyrənilməsi sahəsində müqavilə imzalana bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR