Azərbaycan paytaxtında ötən gün 3 bıçaqlanma hadisəsi qeydə alınıb, onlardan biri ölümlə nəticələnib

Azərbaycan paytaxtında ötən gün 3 bıçaqlanma hadisəsi qeydə alınıb, onlardan biri ölümlə nəticələnib
# 13 fevral 2012 06:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan paytaxtında ötən gün 3 bıçaqlanma hadisəsi qeydə alınıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun APA-ya verdiyi məlumata görə, bu hadisələrdən 1-i ölümlə nəticələnib: “Ölümlə nəticələnən hadisə Binəqədi rayonunun Xocasən qəsəbəsində “Yeni evlər” adlanan ərazidə baş verib. 33 yaşlı Rəcəbov Müslüm 28 yaşlı Xosrov Mikayılovu bıçaqla öldürüb. Onun özü də yaralıdır. Hazırda 1 saylı xəstəxanaya yerləşdirilib. Faktla bağlı polisə məlumat verilib. Hazırda istintaq aparılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR