Latviya Xarici İşlər Nazirliyi: “İyulun 19-da Dağlıq Qarabağda keçirilmiş “prezident seçkiləri”ni tanımırıq”

Latviya Xarici İşlər Nazirliyi: “İyulun 19-da Dağlıq Qarabağda keçirilmiş “prezident seçkiləri”ni tanımırıq”
# 21 iyul 2012 07:57 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Latviya Xarici İşlər Nazirliyi iyulun 19-da Dağlıq Qarabağda keçirilmiş “prezident seçkiləri”ni tanımır. APA-nın məlumatına görə, bu bəyanat Latviya XİN-in rəsmi saytında yerləşdirilib.

“Nazirlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş olmamasından, insidentlərin eskalasiyası və qurbanların sayının artmasından narahatlığını ifadə edir. Nazirlik hesab edir ki, Madrid prinsipləri əsasında münaqişənin sülh yolu ilə həlli tapılmalıdır. XİN ATƏT-in Minsk Qrupunun həmsədrlərinin konfliktin əhllinə yönəlik vasitəçilik səylərini dəstəkləyir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR