Bakıdakı marşrutlarda avtobusların sayı 3 dəfə azalıb

Bakıdakı marşrutlarda avtobusların sayı 3 dəfə azalıb
# 08 fevral 2012 08:48 (UTC +04:00)
Hazırda Bakının yollarında 700-ə yaxın avtobus hərəkət edir. Qeyd edək ki, adi günlərdə Bakı şəhəri daxilindəki marşrutlarda 2 500 avtobus istifadə olunur. Bu barədə «APA-Economics»ə «Sərnişinnəqliyyat» MMC-nin avtobusla sərnişin daşımaları şöbəsinin müdiri Yunis Abdullayev məlumat verib.

Onun sözlərinə görə, avtobusların sayının azalması yolların buz bağlaması və bəzi ərazilərdə hərəkətin ümumiyyətlə mümkünsüz olması ilə əlaqədardır. Ən çətin vəziyyət paytaxtın Günəşli, Yasamal və Bakının qəsəbələri istiqamətindəki marşrutlarda yaranıb: «Avtobusların işləməsi üçün şərait olmalıdır. Bu qəsəbələrin daxili yollarında hərəkət etmək isə mümkün deyil. Amma biz maksimum çalışıb, yüksək səviyyədə xidmət göstərməyə çalışırıq».

Y.Abdullayev qeyd edib ki, avtobusların orta hərəkət sürəti 60 km/saatdan 40 km/saatadək azaldıldığına görə, gecikmələrin olması da təbiidir. «Sərnişinnəqliyyat» rəsmisi hava şəraitinin belə davam edəcəyi təqdirdə, avtobusların iş rejiminin normal haldakına nisbətən daha qısamüdətli olacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR