Üzeyir Cəfərov: “Firuz Fərəcov könüllü əsir düşməyib, onu erməni xüsusi təyinatlı dəstələri əsir götürüblər”

Üzeyir Cəfərov: “Firuz Fərəcov könüllü əsir düşməyib, onu erməni xüsusi təyinatlı dəstələri əsir götürüblər”
# 01 avqust 2012 10:39 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən hərbi ekspert Üzeyir Cəfərov erməni mətbuatında Firuz Fərəcovla bağlı yanlış məlumatların yayıldığını bildirib: “Ermənilər məlumat yayırlar ki, Firuz Fərəcov ağ bayraq qaldıraraq Ermənistan tərəfinə keçib. Özlərini dünyanın ən humanist ölkəsi kimi qələmə verirlər. Guya onu həmin vaxt öldürə bilərdilər, lakin öldürməyiblər. Əslində Firuz Fərəcov erməni xüsusi təyinatlı dəstələri tərəfindən əsir götürülüb. Bu bir faktdır. Hazırda hərbi prokurorluq faktla bağlı araşdırmalara başlayıb”.

Ü. Cəfərov Firuz Fərəcovla bağlı bir sıra qurumlara müraciət etdiklərini bildirib: “Biz onun məsələsini diqqətə saxlamaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Azərbaycan respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və Azərbaycan Kütləvi informasiya vasitələrinə müraciət etmişik. Biz həmin qurumları işdə maksimum fəallıq göstərməyə çağırıq”.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Silahlı Qüvvələrin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu iyulun 26-da qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR