Ermənistan kənd təsərrüfatı nazirinin müavini: “Azərbaycan nümayəndə heyətimizin təhlükəsizliyini tam təmin edib”

Ermənistan kənd təsərrüfatı nazirinin müavini: “Azərbaycan nümayəndə heyətimizin təhlükəsizliyini tam təmin edib”
# 19 aprel 2012 09:45 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan kənd təsərrüfatı nazirinin müavini Armen Poqosyan bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik yüksək səviyyədə təşkil olunub və bundan razıdırlar: “Qatıldığımız bu konfransda kənd təsərrüfatı sahəsində regionda ərzaq təhlükəsizliyi ilə bağlı layihələr müzakirə olunur. Həmçinin bu sahədə tədbirin iştirakçısı olan ölkələrin nümayəndələri ilə görüşlər keçirilir”.

Qeyd edək ki, A.Poqosyan Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında mütəmadi olaraq yanğınlar törədilməsi və bunun flora-faunaya təsirinə dair suala cavab verməkdən yayınıb, yalnız FAO-nun tədbiri ilə bağlı sualları cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR