“Unibank”ın filialları Qurban bayramı günlərində də işləyəcək

“Unibank”ın filialları Qurban bayramı günlərində də işləyəcək
# 24 oktyabr 2012 13:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın “Unibank” ASC-nin filialları Qurban bayramı günlərində də işləyəcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Unibank”ın bütün filial və şöbələri oktyabrın 25-də 09:00-18:00-dək və ayın 26-da saat 09:00-dan 15:00-dək işləyəcək.

Eyni zamanda həftənin şənbə günü - oktyabrın 27-də isə bankın filial və şöbələri işləməyəcək. Bayram günlərində bankın müştəriləri bütün kredit məhsullarından istifadə edə biləcəklər. Müştərilər bayram günlərində də məbləği 5 000 manatadək olan kreditləri 30 ay müddətinə rəsmiləşdirə biləcəklər. Qeyd edək ki, 3 000 manatadək kreditlər zaminsiz verilir. Borcalanın kredit götürməsi üçün şəxsiyyət vəsiqəsini və iş yerindən arayış təqdim etməsi kifayətdir.

Bayram günlərində “28 Mall” ticarət mərkəzində “ALBALI” kartın satış məntəqəsi fəaliyyətini davam etdirəcək. Hər kəs bir neçə dəqiqə ərzində balansında 500 manat olan “ALBALI” kartını ala bilər. Kartın rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir. Kart sahibləri “ALBALI”nın köməyi ilə bankın bütün partnyor mağazalarından istənilən məhsulu və xidməti sərfəli şərtlərlə əldə edə bilərlər. “ALBALI” kartı 3 il müddətinə 200 manatdan 3 000 manatadək faizsiz kredit götürməyə imkan verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR