Anar Gəraylı sərbəst buraxılıb

Anar Gəraylı sərbəst buraxılıb
# 26 may 2012 07:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Mayın 25-də Bakı Apellyasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvü Anar Gəraylının apellyasiya şikayətinə baxılıb. A. Gəraylının vəkili Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmənin qərarı ilə cəzası 10 sutkadan 2 sutkaya endirilib və həmin müddət başa çatdığı üçün o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, A. Gəraylı mayın 24-də Bakı Metropoliteninin “28 May” stansiyasının platformasında divara şüarlar yapışdırdığı üçün polis tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə tabe olmamaq) maddəsinə əsasən ittiham olunaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs olunub. Həmin qərardan isə apellyasiya şikayəti verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR