Dağıstanda 4 silahlı öldürülüb

Dağıstanda 4 silahlı öldürülüb
# 04 iyul 2012 13:55 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində keçirilən əməliyyat zamanı 4 silahlı şəxs öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Moskva vaxtı ilə saat 11-də şəhərin Dağıstan küçəsindəki bir evdə qanunsuz silahlı dəstələrin 4 üzvünün olduğu müəyyənləşib. Aparılan danışıqlardan sonra evin sahibi, onun həyat yoldaşı, 2 qızı və nəvələri evdən çıxıb. Silahlılar təslim olmaqdan imtina ediblər. Keçirilən əməliyyat zamanı onlar məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR