AMEA-nın müxbir üzvü Abbas Zamanovun əsərlərinin biblioqrafik göstəricisi çap olunub

AMEA-nın müxbir üzvü Abbas Zamanovun əsərlərinin biblioqrafik göstəricisi çap olunub
# 05 iyul 2012 09:35 (UTC +04:00)
Bakı. Leyla Hacıyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası tərəfindən AMEA-nın müxbir üzvü Abbas Zamanovun əsərlərinin biblioqrafik göstəricisi nəşr olunub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, göstərici tərtib edilərkən alimin kitabları, publisistik məqalələri, redaktə etdiyi kitablar, tərcümələri, elmi-ictimai fəaliyyəti əhatə edilib. Biblioqrafik göstəricidə alimin əsərlərinin biblioqrafiyası, ailəsi tərəfindən qorunan 4 qovluqdan ibarət şəxsi arxivi öz əksini tapıb. Arxivdə A. Zamanova göndərilmiş 1200-dən artıq avtoqraflı kitab və 1000-dən artıq məktub var.
Qeyd edək ki, A. Zamanov Azərbaycanın məşhur satirik şairi M. Ə. Sabir yaradıcılığını geniş surətdə tədqiq etməklə yanaşı, həm də Azərbaycan ədəbiyyatı tarixi, mətnşünaslığı, ədəbiyyatşünaslığı sahələrində, eyni zamanda Azərbaycan ədəbiyyatını xaricdə tanıtmaq istiqamətində də misilsiz xidmətlər göstərib. Məhz onun göndərdiyi kitablar əsasında Türkiyənin Ərzurum Universitetində ayrıca bir kitabxana yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR