Azərbaycanda itkin düşmüş kimi qeydiyyatda olan 23 nəfərin ermənilər tərəfindən əsir və ya girov götürüldüyü ehtimal edilir

Azərbaycanda itkin düşmüş kimi qeydiyyatda olan 23 nəfərin ermənilər tərəfindən əsir və ya girov götürüldüyü ehtimal edilir
# 07 mart 2012 09:48 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ilə dair hesabatında bildirilir. Hesabatda qeyd olunub ki, ötən il Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan 200 nəfər itkin barədə məlumatlar əsasında 103 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb. Bundan başqa, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə göndərilmiş, Ermənistan tərəfdə saxlanılan 1 əsgər azad olunub, Azərbaycanda saxlanılan 1 Ermənistan vətəndaşı isə qarşı tərəfə təhvil verilib.

Dövlət Komissiyasının İşçi qrupu tərəfindən itkin düşənlərin siyahıları üzərində aparılan araşdırmalar nəticəsində 21 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək qeydiyyata alınıb, itkin kimi qeydiyyatdan keçən 24 nəfərin taleyinə aydınlıq gətirilib, onlardan 10 nəfərinin itkin düşmədiyi, 9 nəfərin döyüşlərdə həlak olduğu, 3 nəfərin adının siyahıda təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyən edilib.

2011-ci ilin dekabr ayının 1-ə olan məlumatlara görə, 4046 nəfər itkin düşüb, əsir və girovluqdan azad olunmuş 1400 şəxs Dövlət Komissiyasından qeydiyyatdan keçir. Araşdırmalar nəticəsində itkin kimi qeydiyyatda olan 23 nəfərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalı irəli sürülüb.

Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 663 nəfər barədə sorğular göndərilib, 1500-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların axtarış işlərinə əlavə edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR