“Fiat” Avropadakı böhran səbəbindən investisiya layihələrini dayandırıb
![“Fiat” Avropadakı böhran səbəbindən investisiya layihələrini dayandırıb](https://apa.az/storage/news/2012/august/04/big/blank.jpg)
Bakı. Nicat Mustafayev-APA-Economics. Avropada müşahidə olunan böhran səbəbindən İtaliyanın “Fiat” avtomobil şirkəti müvəqqəti olaraq ölkədəki investisiya layihələrini dayandırıb.
“APA-Economics”in «Bloomberg»a istinadən verdiyi məlumata görə, avtomobil şirkətinin direktoru Sercio Markionne bildirib ki, hazırda Avropadakı borc böhranı, o cümlədən avtomobil bazarındakı çətinliklər “Fiat” şirkətinə investisiya layihələrini həyata keçirmək üçün maneə yaradır: “Biz bu ilin oktyabr ayının sonunda investisiyalar üzrə yeni plan hazırlayacağıq”.
Mütəxəssislərin fikrincə, İtaliyada avtomobil şirkətləri tərəfindən müvafiq addımlar atılmasa, ölkədə avtomobillərə olan tələbat 2013-cü ildə bir qədər də azalacaq.
Qeyd edək ki, cari ilin iyul ayında «Fiat» avtomobillərinin satış həcmi ötən ilin analoji ayına nisbətən 21% azalaraq 108,8 min təşkil edib. Bu isə son 33 il ərzində ən pis göstəricidir.

Maliyyə
![Azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və materialların siyahısı dəyişib](https://apa.az/storage/news/2024/june/22/big/66768b9bda37966768b9bda37a171904501959ec0531e640955cd45e837bd7f78cd3.jpg)
Azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və materialların siyahısı dəyişib
![Dünya fond bazarlarının əsas indeks göstəriciləri](https://apa.az/storage/news/2024/june/22/big/667670f283851667670f2838521719038194667670f28384f667670f283850.jpg)
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
![PAŞA Həyat şirkətinin dəstəyilə Beynəlxalq Sığorta Forumu baş tutub](https://apa.az/storage/news/2024/june/21/big/66757460a49a266757460a49a3171897353566757460a499f66757460a49a1.jpg)
PAŞA Həyat şirkətinin dəstəyilə Beynəlxalq Sığorta Forumu baş tutub
![BFB-də AccessBank-ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək](https://apa.az/storage/news/2024/june/21/big/667562fec8a84667562fec8a851718969086667562fec8a82667562fec8a83.png)