Venesuela prezidenti sağçı müxalifətin çevrilişə hazırlaşması ilə bağlı xəbərdarlıq edib

Venesuela prezidenti sağçı müxalifətin çevrilişə hazırlaşması ilə bağlı xəbərdarlıq edib
# 22 iyun 2024 06:05 (UTC +04:00)

Venesuela prezidenti Nikolas Maduro sağçı müxalifətin küçə iğtişaşlarına çağırmaqla dövlət çevrilişi etmək cəhdinə dair sübutlara malik olduğunu vurğulayıb.

APA TASS-a istinadən xəbər verir ki, Maduro 2024-cü il iyulun 28-də keçirilmiş prezident seçkilərinin nəticələrinin tanınması haqqında sazişi imzalamayan sağçı müxalifət nümayəndələri Edmundo Qonzales və Enrike Markesin dövlət çevrilişi hazırlaması barədə xəbərdarlıq edib.

"Bu sektorlar hər an dövlət çevrilişi etməyə çalışırlar. Məndə sübutlar var və xalqa deyirəm ki, bütün şəraitdə biz polad əsəbləri, maksimum birliyi və səfərbərliyi qorumalıyıq" – deyə Maduro bildirib.

Qeyd edək ki, Maduro da daxil olmaqla qeydə alınmış 10 prezidentliyə namizəddən səkkizi cümə axşamı günü xalqın səsvermə yolu ilə ifadə edilən iradəsini və Venesuela Milli Seçki Şurası tərəfindən elan ediləcək seçkilərin nəticələrini tanımağa söz verib. Prezident seçkilərinin nəticələrinin tanınması haqqında sazişi ifrat sağçı Unitar Platformanın namizədi Qonzales və Sentrados partiyasının namizədi Markes imzalamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR