Türkiyədə PKK-ya qarşı keçirilən əməliyyatda 22 terrorçu məhv edilib

Türkiyədə PKK-ya qarşı keçirilən əməliyyatda 22 terrorçu məhv edilib
# 31 iyul 2012 15:59 (UTC +04:00)
Bakı – APA. Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinin Şəmdinli qəsəbəsi yaxınlığında təhlükəsizlik qüvvələri ilə PKK-çılar arasında baş verən toqquşmada 22 terrorçu məhv edilib. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İraqın şimalından gələn və Şəmdinli qəsəbə mərkəzinə hücum planlaşdıran təxminən 300 nəfərdən ibarət terrorçu qrupa qarşı əməliyyat başlayıb. Qəsəbənin 3 kilometrliyində yerləşən Qoman dağlarında keçirilən əməliyyata 2 min əsgər, hərbi helikopterlər və hərbi təyyarələr cəlb olunub. Havadan və yerdən bombalanan terrorçuların itkilərinin daha çox olacağı güman edilir. Əməliyyat davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR