Moskvada MDB ölkələrinin gənc fəallarının görüşü keçirilib - FOTOSESSİYA

Moskvada MDB ölkələrinin gənc fəallarının görüşü keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 iyul 2012 11:09 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə MDB-yə üzv ölkələrin gənc fəallarının görüşü keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Gənclərin əməkdaşlıq günü” adlı toplantıda Azərbaycan, Belarus, Qazaxıstan və digər MDB ölkələrinin gəncləri iştirak ediblər. 120 gənc liderin qatıldığı toplantının əsas müzakirə mövzuları ölkələr arasında qarşılıqlı münasibətlərin intensivləşməsində bir sıra addımların atılması, habelə gənclər arasında mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi olub.

Toplantını giriş sözü ilə açan Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsi, MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçov gənc fəalların Rusiya paytaxtında bir araya gəlməsini vacib hadisə adlandırıb. Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun fəaliyyətini yüksək qiymətləndirən K. Kosaçov ölkələr arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində gənclərin rolunun danılmaz olduğunu söyləyib.

Azərbaycanın Rusiyadakı səfiri , MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri Polad Bülbüloğlu çıxışında yarandığı gündən etibarən qurumun üzv ölkələri əhatə edən bir sıra layihələrə imza atdığını deyib. Ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıqda və dostluq əlaqələrinin gücləndirilməsində gənclərin rolunu xüsusi vurğulayan səfir toplantı iştirakçılarına uğurlar arzulayıb.

İyulun 26-na kimi davam edəcək tədbirin iştirakçıları bu müddət ərzində Rusiya paytaxtı ilə də yaxından tanış olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR