Avro-2012-də İngiltərə millisi İsveçə qalib gəlib

Avro-2012-də İngiltərə millisi İsveçə qalib gəlib
# 15 iyun 2012 22:52 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə 14-cü Avropa çempionatında D qrupunda günün ikinci oyunu keçirilib. Kiyevdə İsveç və İngiltərə yığmaları üz-üzə gəliblər. Oyun başa çatıb. Qolları Kerroll (23, İngiltərə), Conson (48, İngiltərə - öz qapısına), Mölberq (59, İsveç), Uolkott (64, İngiltərə) və Uelbek (78, İngiltərə) vurublar.

Oyunu sloveniyalı hakim Damir Skomina idarə едиб.

Beləliklə, iki turdan sonra D qrupunda İngiltərə və Fransa yığmaları hərəyə 4 xal toplayıblar. Ukraynanın 3 xalı var. İsveç yığması hər iki oyunda məğlubiyyətə uğrayaraq İrlandiyadan sonra Avro-2012-də qrupdan çıxmaq şansını itirmiş ikinci komanda olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR