Azərbaycanın hakim partiyasının sədr müavini Milanda Silvio Berluskoni ilə görüşüb

Azərbaycanın hakim partiyasının sədr müavini Milanda Silvio Berluskoni ilə görüşüb
# 13 mart 2012 13:54 (UTC +04:00)
APA-nın YAP-ın saytına istinadən verdiyi məlumata görə, Əli Əhmədov səfər çərçivəsində martın 12-də Milan şəhərində, Avropa Xalq Partiyasının aparıcı siyasi partiyalarından olan «Popolo della Liberta» partiyasının rəhbəri Silvio Berluskoni ilə görüşüb.

Görüş zamanı Azərbaycan-İtaliya münasibətlərinin indiki durumu, YAP-la «Popolo della Liberta» partiyası arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib.

Görüşdə Milli Məclisin deputatları, YAP Xarici Əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev və Azərbaycan - İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR