«Eurovision» mahnı müsabiqəsinin ilk qalibi möhtəşəm şounu izləmək üçün Bakıya gəlib

«Eurovision» mahnı müsabiqəsinin ilk qalibi möhtəşəm şounu izləmək üçün Bakıya gəlib
# 24 may 2012 12:08 (UTC +04:00)
Bakı.Ülkər Rəşidqızı – APA. “Eurovision” mahnı müsabiqəsinin ilk qalibi Lis Assia Bakıya gəlib. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbər görə, Bakıdakı şounu izləyən fəxri qonaqlar sırasında yarışmanın ilk qalibi Lis Assia (Lys Assia) da var. Ötən gün Bakıya gələn Lis Assia bu gün keçiriləcək «Eurovision 2012»nin yarımfinal və mayın 26-dakı final mərhələsini izləyəcək.

Xatırladaq ki, Lis Assia 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilən «Eurovision» mahnı müsabiqəsində qalib olub. Həmin il İsveçrə təmsilçisi Lis Assiaya ifa etdiyi "Refrain" adlı mahnı qələbə qazandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR