Mahmud Kərimov: “Bu il Azərbaycanda doktoranturaya qəbul planı artırıla bilər”

Mahmud Kərimov: “Bu il Azərbaycanda doktoranturaya qəbul planı artırıla bilər”
# 24 aprel 2012 10:05 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu AMEA prezidenti Mahmud Kərimov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu il Azərbaycanda doktoranturaya qəbul aparılan ixtisaslarda da dəyişiklik olacaq: “YUNESKO yeni ixtisas şifrələri qəbul edib. Doktoranturaya qəbul YUNESKO-nun müəyyən elədiyi beynəlxalq ixtisaslara uyğun aparılacaq. Doktoranturaya qəbulda əsas prioritet istiqamətlər fundamental elmlər olacaq. Çalışaçağıq ki, dəqiq elmlər üzrə doktorantların qəbul sayı digər sahələrdən daha çox olsun”.

M. Kərimov həmçinin deyib ki, yaxın vaxtlarda AMEA 2012-2013-cü tədris ili üçün doktoranturaya qəbul planının hazırlanmasına başlayacaq. Sentyabr ayında doktoranturaya qəbul haqqında elan veriləcək. Oktyabr ayında isə doktoranturaya qəbul imtahanları keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR